ABŞ-ın 41-ci prezidenti Corc Buşun bacısı Nensi Ellis Buş 95 yaşında koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com “The New York Times”a istinadla xəbər verir ki, Nensi Buş yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Aparılan test nəticəsində onun koronavirusa yoluxduğu məlum olub.