İnsanlar niyə “whatsapp”ı silir?


Məşhur mesajlaşma proqramlarından biri “whatsapp”ın son qərarı bir çox insanlar arasında narazılığa səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “whatsapp”ın təhlükəsizlik prinsiplərində etməyə çalışdığı son dəyişiklikdən sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan başda olmaqla bir çox insan həmin tətbiqetmədən imtina edib. Şirkətin ən çox narazılığa səbəb olan yeni qərarları aşağıdakılardır:
1. “Whatsapp” artıq, istifadəçilərinin kontaktlarına daxil olub onun sosial çevrəsi barədə məlumatlar əldə edəcək. 
2. İstifadəçi haqqında məlumatlar və məkan bilgiləri digər tətbiqetmələrlə paylaşılacaq.
3. Şəxsi görüntülərlə, digər sənədlər hazırlanıb uzun müddət “whatsapp”ın arxivində saxlanılacaq. 
Burada bir sual ortaya çıxır. “Whatsapp” bunları daha əvvəl də etmirdimi və ya edə bilmirdimi? Təbii ki, bu qərarların daha əvvəldən tətbiqi rahat şəkildə mümkün idi. Telefonlara yüklənən ən sadə proqramlar belə kontaktlara, kameraya, qalareyaya giriş icazəsi istəyir, verilmədikdə həmin tətbiqetmədən istifadə mümkün olmur. “Whatsapp” sadəcə olaraq bu qərarların tətbiq edilməsini qanuniləşdirmək istəyir. 
Bəhs edilən qərarın hələlik Avropa ölkələrinə aid edilməyəcəyi vurğulanıb. “Whatsapp”ın bu qərardan imtina edib-etməyəcəyi isə hələlik bilinmir.

DİGƏR XƏBƏRLƏR

Top