Seçkilər bitdi, ilkin nəticələrə görə Sadır Japarov Qırğızıstan prezidenti seçildi


Qırğızıstanda prezident və parlament seçkiləri başa çatıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ilkin nəticələrə görə, Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov, seçki məntəqələrinin 82,13 faiz nəticələri sayıldıqdan sonra erkən prezident seçkilərinin ilk turunu 79,86  faizlə qazanıb. Bu, respublikanın Mərkəzi Seçki Komissiyasının portalında yayımlanan son məlumatlardır.
Bildirilir ki Japarovun əsas rəqibi Adaxan Madumarov səslərin 6,5 faizindən çoxunu toplayıb.
MSK həmçinin açıqlayıb ki, Qırğızıstanda keçirilən referendumda 74,75 faiz əhali idarəetmə formasının  Prezident Pespublikası olmasına, 10,14 faizi isə Parlamentli Respublika idarəetmə formasına səs verib.
 

DİGƏR XƏBƏRLƏR

Top