Putin nazirləri toplayıb Qarabağla bağlı müşavirə keçirdi


 Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı müşavirə keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İclasda, Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Dağlıq Qarabağ məsələsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top