Putin və Makron sabah baş tutacaq üçtərəfli görüşü müzakirə etdi


Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, telefon danışığı zamanı hər iki lider Putinin təşəbbüsü ilə  Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşünü müzakirə edib.  Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Fransa prezidenti Rusiyanın Dağlıq Qarabağ barədə səylərini dəstəklədiyini vurğulayıb.
Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.
Qeyd edək ki, yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə ediləcək.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top