Almaniya ABŞ-dakı hadisələrdən sonra “Bundestag”ın mühafizəsini gücləndirdi

Alman polisi Vaşinqtondakı iğtişaşlardan sonra Almaniya parlament binasının (Bundestag) mühafizəsini gücləndirib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, “Bundestag”ın mühafizəsi gücləndirilib, binaya əlavə polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da Konqres binasına Tramp tərəfdarları hücum etmişdi. Hadisə nəicəsində 4 nəfər dünyasını dəyişmişdi. ABŞ prezidenti Co Bayden bu hücumu terror hadisəsi adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top