Türkiyə MN-dan Qarabağla bağlı AÇIQLAMA - FOTO


Türkiyə Müdafiə Nazirliyi Qarabağda ərazinin minalardan təmizlənmə prosesinin davam etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlamada Türkiyə hərbçilərinin də bölgənin minalardan təmizlənməsində iştirak etdiyi vurğulanıb:
“Quru Qvvələrinin Xüsusi Təyinatlı Mina Axtarış və Təmizləmə (ÖMAT) birliklərindən 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən “mehmetçiklərimiz” işğaldan azad edilmiş Qarabağda ərazinin təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir”.

 
 

DİGƏR XƏBƏRLƏR

Top