Pakistan ərazisində elektrik enerjisinin verilməsi bərpa olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Pakistan hökuməti elektrik enerjisində orataya çıxan problemin sistemdəki gücün birdən-birə sıfıra enməsi ilə baş verdiyini açıqlayıb. Hazırda nazaslıq aradan qaldırılıb.
Qeyd edək ki, gecə saatlarında Pakistanın böyük hissəsini əhatə edən elektrik enerjisinin verilməsində orataya çıxan problem nəticəsində milyonlara insan işıqsız qalmışdı.