Vətənpərvərlik hisslərinin ən uca zirvəsi şəhidlikdir


Vətənpərvərlik hisslərinin ən uca zirvəsi şəhidlikdir.

Öz həyatlarını qurban verən şəhidlərimizə olan hörmət hissi ilk olaraq şəhidlər xiyabanından, onların uyuduğu müqəddəs məkandan başlayır. Bəli, ilk üz tutacağımız yer, ziyarət edəcəyimiz ünvan onların qəbirləri olur.
Azərbaycanda 44 günlük müharibə qələbə ilə başa çatdı.
Bu Vətən müharibəsində 2802 şəhid verdiyimiz – 2802 igid oğul itirdiyimiz üçün çox kədərlənirik. Ancaq əslində biz o oğulları itirməmişik, əksinə qazanmışıq. Bəli, Azərbaycan xalqının ölməz qəhrəmanları sırasına 2802 qəhrəman da əlavə olundu.
Yeniavaz.com xəbər verir ki, Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban vermiş şəhidlərin içərisində Mingəçevirin igid oğulları da oldu. Onlar silaha sarılaraq  vətənimizin bütövlüyü uğrunda canından, qanından keçməyə hazır oldular. 44 günlük müharibədə vətən uğrunda canlarından keçib şəhid olmaq Mingəçevirli 50 gəncin taleyinə də yazılmışdır. Bu vətənpərvər oğulların qəbirlərini 20 yanvar ümumxalq hüzn gününə kimi abadlaşıb başa çatması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xüsusi tapşırıqlar verib. Xiyabanda artıq şəhidlərin çoxunun qəbir daşları hazırdır. Hazırda iş gedir. Qəbir və sinə daşlarında işlər aparılır, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılır, bu müqəddəs məkan abadlaşdırılır. İşlər başa çatdıqdan sonra burada yaşıllıqlar salınacaq, ağac və gül kolları əkiləcəkdir.

Esmira Hidayətova, Mingəçevir
 
 

DİGƏR XƏBƏRLƏR

Top