Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı koranavirusdan öldü


Mingəçevir Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı koronavirusdan vəfat edib.

Yeniavaz.com xəbər verir ki, sürücü, 19 ildir Mingəçevir Mərkəzi Xəstəxanasında təcili tibbi yardım xidmətinin nümunəvi ambulans sürücüsü olub. 1960-cı il təvəllüdlü Mirismayıl Salahov bu gün karantin xəstəxanasında həyatını itirib.
Qeyd edək ki, təcrübəli xidmət əməkdaşı pandemiya dönəmində çoxsaylı virus daşıyıcılarının ünvanlarına yetişib, onları ən ağır durumlarında bölgələrin müxtəlif karantin mərkəzlərinə daşıyıb. Amma özü də təhlükəli virusun qurbanına çevrildi.
Allah rəhmət eləsin.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top