Pakistanda fabrikdə dəhşətli yanğın - yaralananlar var


Pakistanın Karaçi şəhərində bir boya fabrikində baş verən yanğında 8 nəfər yaralanıb. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, alovlar bütün fabriki bürüyüb. Yanğının söndürülməsi üçün əraziyə 12 yanğınsöndürmə maşını cəlb olunub.
Xeyli insanın fabrik binasının içərisində qapalı şəraitdə qaldığı və xilasetmə qruplarının evakuasiya işlərinə başladığı bildirilib.
Yanğının nəzarətdən çıxdığı bildirilib. Buna səbəb kimi isə fabrikdə olan benzin və rastvoritel göstərilib. 
Səlahiyyətlilər şəhərdə yerləşən stansiyalarda həyəcan siqnalı verildiyini və yanğının yaxınlıqdakı binalara yayılmasından qorxduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top