Göygöldə şəhid ailələri ziyarət edilib - FOTO


Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, qazilərə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a erilən məlumata görə, görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

DİGƏR XƏBƏRLƏR

Top