Qırğızıstan xalqı sabah prezident seçkiləri və referendum üçün növbədənkənar seçkidə iştirak edəcək.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Sooronbay Cenbekovun 15 oktyabrda istefa etməsindən sonra Qırğızıstanda növbədənkınar seçkilər keçirilməsi ilə bağlı qərar verilib. 15 dekabrda başlayan prezident seçki kampaniyası bu gün sona çatıb. Sabah seçkilərdə 3 milyon 556 min 864 seçici iştirak edəcək. Seçki yerli vaxtla saat 08.00 - 20.00 arasında keçiriləcək. Ölkədə ümumilikdə 2 min 474 məntəqəsi quraşdırılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi açıqlamaya görə, seçki prosesini 44 ölkədən 35 beynəlxalq təşkilat adından 333 müşahidəçi, 11 ölkədən 93 xarici jurnalist və yüzlərlə yerli mətbuat nümayəndəsi də izləyəcək.
Qeyd edilir ki, prezident postu üçün 17 namizəd yarışacaq.