Hindistanda xəstəxana yandı - ölənlər var


Hindistanın Bhandara şəhərindəki bir xəstəxanada çıxan yanğın nəticəsində 10 körpə həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yanğın barədə bir tibb personalı məlumat verib. Hadisə yerinə polis və xilasetmə qrupları cəlb olunub.
Cərrah Pramod Xandate xəstəxana işçilərinin yalnız 7 körpəni xilas edə bildiyini bildirib.
Hindistanın baş naziri Narendra Modi tvitter hesabından verdiyi açıqlamada hadisə ilə bağlı məyusluğunu bildirib.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi barədə heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top