"Xamenei tvit yaza bilər, ancaq Tramp yaza bilməz ..."


Donald Trampın "Twitter" hesabının həmişəlik dayandırılması bəzi respublikaçı senatorların sərt reaksiyası ilə qarşılanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, respublikaçı senator Lindsi Qrem öz etirazını belə bildirb:
"Twitter" bu açıqlamaya mane ola bilər, amma razıyam. Trampın hesabını həmişəlik dayandırmaq qərarınız ciddi bir səhvdir. Ayətullah Xamenei tvit yaza bilər, ancaq Tramp yaza bilməz. Bu, "Twitter"i kimin idarə etdiyindən xəbər verir".
Bundan başqa o qeyd edib ki, sosial şəbəkə platformalarının qorunmasını təmin edən 230 saylı federal tənzimləmənin ləğvi üçün çalışacaq. "Böyük texnologiya şirkətləri, hərəkətlərinə görə məhkəmə proseslərindən azad olan yeganə Amerika şirkətidir. Çünki Konqres onları qoruyur".

DİGƏR XƏBƏRLƏR

Top