Qazlaşmanın 99 faiz olduğu bu rayonda Mərkəzi Xəstəxana odunla qızdırılır


“Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən elan edilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi "Orxan-A" MMC olub. Bu şirkət “Ucar rayon Mərkəzi Xəstəxanası”na odun yanacağı satacaq. Xəstəxana odun üçün “Orxan-A" MMC şirkətinə 10 min 10 manat ödəyəcək. 
Qeyd edək ki, “Orxan-A" MMC 07.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Göyçay şəhəri, Nəsimi, ev 2/11-də yerləşir. Qanuni təmsilçisi Həşimov Abdulla Məcid oğludur. 
Məlumat üçün onu da bildrək ki, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin 30 dekabr 2020-ci il tarixində “Azərtac”dövlət xəbər agentliyində yayımlanan açıqlamasında Ucar rayonunda qazlaşma səviyyəsinin 97-99 faizə çatdığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top