Xocalı ağısı ilə dünyaya gözlərini açdı, 27 il sonra qisas almağa getdi - VİDEO


4 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Sumqayıt şəhər Corat qəsəbə sakini, cəbhəyə könüllü yola düşən 27 yaşlı Əbil Cəbizadədir. O, Füzulidə düşmənin atdığı minaatan mərmisinin yanlarına düşməsi nəticəsində qəhrəmancasına şəhid olub.
İkinci Qarabağ müharibəsində 18 gün düşmənlə rəşadətlə mübarizə aparan, yaralı əsgər yoldaşlarını öz çiynində daşıyan, iki medallı şəhidimiz 27 yaşlı Əbil Cəbizadə.
Sumqayıt şəhər Corat qəsəbə sakini olan şəhidimiz ali təhsilli iqtisadçı olub. Vətən müharibəsində yenidən cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl və Xocavəndin alınmasında fəal iştirak edib. Oktyabrın 14-də düşmənin atdığı minamyot onun olduğu avtomobilə dəyib və o, qəhrəmancasına şəhid olub.
Ailəsi deyir ki, Əbil Xocalının ildönümü günü dünyaya gəldiyinə görə, heç vaxt özünə doğum günü qeyd etməyib.
Qəhrəmanımız 18 gün ərzində düşmənə ağır zərbələr vurub. Vətənpərvər olan Əbilin anası oğlu ilə qürur duyur. Deyir, şəhid olan hər oğul mənim övladımdır.
27 yaşlı Şəhidimiz Əbil Cəbizadə Sumqayıtın şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. //xezerxeber.az

DİGƏR XƏBƏRLƏR

Top