Mərhum xənandə Səxavət Məmmədovun Ağdamdakı məzarı illər sonra - VİDEO


Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarının görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

 

DİGƏR XƏBƏRLƏR

Top