Dünyada koronavirusdan ölənlərin sayı 2 milyona yaxınlaşdı


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 909 min 497-yə, yoluxanların sayı isə 88 milyon 644 min 133-ə çatıb. 63 milyon 734 min 160 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 22 milyon 141 min 943 nəfər koronavirusa yoluxub, 374 min 242 nəfər isə ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top