İcra başçısının qazini qəbul etməməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA


44 günlük Vətən müharibəsində iki gözünü itirmiş qazi Allahvediyev Vasif Bayram oğlunun ev problemi ilə bağlı Binəqədi  rayon İcra Hakimiyyətinin başçısıyla görüşə bilməməsi barədə xəbərlər yayılıb. Qazi iddia edib ki, xəstəxanadan buraxıldıqdan sonra icra hakimiyyətinə gedib, onu nəinki icra başçısı, saatlarla gözləməyinə baxmayaraq heç başçının müavini belə qəbul edib dinləməyib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı sözügedən İcra Hakimiyyəti məlumat yayıb. Məlumatda deyilir ki, Vətən müharibəsinin iştirakçısı olmuş Allahverdiyev Vasif  Bayram oğlu 10 noyabr 2020-ci il tarixdə ailə üzvü və yaxınları ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyətində qəbul edilərək dinlənilib:
"Beyləqan rayonunda qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayan Allahverdiyev Vasif  Bayram oğlunun müraciətinin əsas səbəbi mənzillə təmin edilməsi olub. Bu barədə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların dövlət hesabına mənzillə təmin olunması barədə qanunvericiliyin tələbləri və qaydaları ətraflı izah edilib, bununla bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunduqdan sonra rayon rəhbərliyi tərəfindən qəbul edilməsi barədə heç bir tələbi olmayaraq, inzibati binanı tərk edib". 
Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, qazinin qəbulla bağlı hər hansı tələbi olarsa, Rayon İcra Hakimiyyətində növbədənkənar qəbul edilməsi təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top