Ermənistan prezidenti Armen Sarkisyan koronavirusu ağır formada keçirir.
Yeniavaz.com “tass”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib. Sarkisyan xəstəliyi ağır formada keçirdiyi üçün məsafəli şəkildə işləməyə davam edir. Onun həkim nəzarətində olduğu bildirilir. Mətbuat xidməti həmçinin qeyd edib ki, o, Yerevana yalnız vəziyyətinin sabitləşməsindən və həkimlərin icazəsindən sonra qayıda bilər.
Xatırladaq ki, A. Sarkisyan Yeni il tətilini ailəsi ilə birlikdə keçirmək üçün Londona yollanıb. Test nəticəsi müsbət çıxdığı üçün oradan geri qayıtmayıb.