11 yanvarda Moskvada yeni müqavilə imzalanacaq? – Ermənistanda etiraz aksiyası


Ermənistan Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, etiraz aksiyasının təşkilatçısı hüquq müdafiəçisi Ruben Melikyandır.
Ruben Melikyan iddia edib ki, 11 yanvar tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə yeni müqavilə imzalanacaq. Hüquq müdafiəçisi bildirir ki, baş nazir Nikol Paşinyan müqavilənin mətnini qanunvericiliyə uyğunlaşdırmaq üçün Ədliyyə Nazirliyinə göndərib.
Etiraz aksiyasının iştirakçıları Ədliyyə Nazirliyinin qarşısına toplaşaraq həmin mətnin açıqlanmasını tələb edirlər.
Məlumat üçün bildirək ki, Ermənistan Ədliyyə Nazrliyi bir qədər əvvəl verdiyi açıqlmada onlarda belə bir mətnin olduğunu təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top