"Bəzən sosial şəbəkələrdə yayılan şəkilləri araşdıranda məlum olur ki, həmin şəxsin məlumatı yoxdur"


“Elə hallar olur ki, hər hansı bir şəxsin ehtiyacı olması ilə bağlı sosial şəbəkələrdə məlumatları və fotosu yayılır. Elə bir təsəvvür formalaşır ki, bu dəqiqə ona kömək olunmasa ciddi fəsadlar ola bilər. Amma biz araşdıran zaman məlum olur ki, adam hərbi xidmətdədir. Heç ümumiyyətlə məlumatı yoxdur. Və o bizdən haqqında paylaşılanların və şəklinin silinməsini tələb edir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “YAŞAT” Fondu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.

DİGƏR XƏBƏRLƏR

Top