Ukrayna daha sərt karantin qaydaları tətbiq etdi


Ukraynada 24 yanvar tarixinə qədər sərt karantin rejimi təbiq olunacaq.
Yeniavaz.com
“tass”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmixal məlumat verib. O, bu qərarı təhlükəsizlik naminə qış tətili adlandırıb. 
Ukraynada, Nazirlər Kabinetinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən, ölkədə sərt karantin rejimi çərçivəsində uşaq bağçaları xaric, bütün məktəblər bağlanacaq. Restoranlar və kafelər yalnız çatdırılma xidməti göstərəcək. 
İctimai nəqliyyat normal şəraitdə işləyəcək, lakin mədəni, idman, ictimai kollektiv tədbirlər təşkil olunmayacaq. Bundan əlavə ticarət mərkəzləri, idman zalları, hovuzlar, kinoteatr, teatr və gecə klubları bağlı olacaq.
Apteklər, marketlər, yanacaqdoldurma məntəqələri, gigiyena vasitələri satan mağazalar, səhiyyə müəssisələri və maliyyə xidmətləri göstərən müəssisələr də açıq olacaq.
Qeyd edək ki, qərara əsasən ölkədə sərt karantin rejimi bu gündən tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Top