“Vətəndaşlarımız ianə edəcəksə, biz də bu fond adından o ailələr üçün daha böyük layihələr həyata keçirə biləcəyik. İanə etməyəcəklərsə, o zaman bizim fəaliyyət dairəmiz məhdudlaşacaq. Bütün problemləri və qarşıya qoyulan layihələri icra etməkdə çətinlik çəkəcəyik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “YAŞAT” Fondu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.