Rusiyada donmuş şəlalədən qırılan buz faciəyə səbəb oldu


Rusiyada soyuq hava temperaturu səbəbiylə donmuş 130 metrlik Vilyuçinski şəlaləsindən qırılan uzun buz parçaları faciəyə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qırılan buz parçalarının turist qrupunun üstünə düşməsi nəticəsində meyadana gələn hadisə nəticəsində 7 qrup üzvündən 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralıların müalicəsi davam etdirilir. 
Qeyd edilir ki, xilasetmə qrupları və tibb işçiləri Mi-8 tipli helikopteri vasitəsilə hadisə yerinə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top