Kamil Musəvi: “Salyanda icra nümayəndəsi işçilərin maaş kartını əllərindən alıb” – AÇIQLAMA + VİDEO


“Salyan rayon Yolüstü kəndinin icra nümayəndəsi Bəşirov İlkin Yaqub oğlu tabeçiliyində olan, süpürgəçilik və fəhləliklə evinə halal ruzi aparan bir neçə yaşlı insanın maaş kartını əllərindən alaraq, 340 manat əmək haqqı alan o insanlara 230 manat nəğd pul verir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Qarabağ qazisi Kamil Musəvi özünün “instagram” səhifəsində yazıb.
Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Şəmsəddin Əbilov Yeniavaz.com-a açıqlama verərək bildirib ki, sözügedən iddia araşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top