ABŞ-ın Florida ştatında COVID-19 əleyhinə olan “Pfizer” vaksinini vurduran həkimin ölümünün səbəbləri araşdırılır.
Yeniavaz.com "USA Today"ə stinadən xəbər verir ki, peyvənddən öldüyü deyilən 56 yaşlı həkim Qriqori Mayklın ölümü haqqında feysbuk hesabında onun həyat yoldaşı məlumat yayıb. Haydi Nikelman bildirib ki, yoldaşı 18 dekabrda peyvənd edilib. 16 gün sonra isə həyatını itirib. Ölmüş həkimin həyat yoldaşının sözlərinə görə peyvənddən üç gün sonra yoldaşının dərisində daxili qanaxmanın izlərini göstərən nöqtələr əmələ gəlib. Bu səbəbdən o, təcili yardıma müraciət edib. Qadın həmçinin bildirir ki, onun həyat yoldaşı normal və sağlam həyat tərzi keçirib, peyvənddən də əvvəl heç bir xəstəliyi qeydə alınmayıb.
Dr. Mayklın trombositlərin sayının azalması nəticəsində trombositopenya əmələ gəldiyi və dünyasını dəyişdiyi bildirilib.
Florida Səhiyyə Departamentindən verilən açıqlamada isə məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.
COVID-19 peyvəndi istehsal edən “BioNTech”lə tərədaşlıq edən edən şirkət məsələ ilə tanış olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, “Pfizer” şirkətinin vaksinin üçüncü mərhələ sınaqlarında COVID-19-a qarşı 95 faiz təsirli olduğu bildirilir.