ABŞ-da konqres binasına zorla girən 68 etirazçı saxlanılıb


ABŞ-da, prezident Donald Trampın tərəfdarlarından konqres binasına zorla daxil olan 68 nəfər polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, polis araşdırmaları davam etdirilir. Digər şübhəlilərin də müəyyənləşdirilməsi üçün iş aparılır.
Qeyd edək ki, konqres binasına basqın prezident Donald Trampın "Amerikanı Qurtar!" mitinqindən sonra baş verib.

DİGƏR XƏBƏRLƏR

Top