İlon Mask dünyanın ən varlı insanı oldu

“Tesla” və “SpaceX” şirkətlərinin icraçı direktoru İlon Mask dünyanın ən varlı insanlarının reytinqində birinci pilləyə yüksəlib.

Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, milyarder mühəndisin sərvəti 188,5 milyard dollara yüksəlib. 2 ildir liderliyi əlində saxlayan "Amazon"nun sahibi Ceff Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır. 

C.Bezosun ikinci pilləyə düşməsində həyat yoldaşından boşanması və xeyriyyəçiliyi böyük rol oynayıb. Təkcə ötən ilin noyabr ayında o, 680 milyon dollar dəyərində bağış edib. 

Xatırladaq ki, Ceff Bezos 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.

 

DİGƏR XƏBƏRLƏR

Top