Mehri dəhlizi barədə Ermənistan hökumətindən yeni AÇIQLAMA


Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti Mehri dəhlizi barədə yeni açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Paşinyanın mətbuat xidmətinin rəhbəri mane Qevorqyan bildirib ki, Mehri dəhlizinin açılması üçün Ermənistanın da oradan istifadə edə bilməsi şərtdir:
“Ermənistan malların Rusiya və İrana avtomobil və dəmir yolu vasitəsi ilə çatdırılması ilə maraqlanır. Bu çərçivədə Ermənistan Azərbaycanla Naxçıvan arasında dəhlizin verilməsinə hazırdır. Buna baxmayaraq, bəyanatın 8-ci bəndinin tam tətbiqi olmadan bu məsələləri müzakirə etmək çətindir. Əvvəlcə, girovların və digər şəxslərin, eləcə də ölənlərin cəsədlərinin mübadiləsi tam şəkildə təmin edilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top