Vətən Müharibəsində görmə qabiliyyətini itirən Bəhmanın atası DANIŞDI - FOTO


Bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Vətən Müharibəsi qazisi Bəhman Musayevin bu fotosudur.
Yeniavaz.com
-a açıqlama verən qazinin atası Natiq Musayev bildirib ki, B. Musayev noyabr ayının 3-də yaralanıb:
“10 noyabrda gecə saatlarında Bəhmanın komandiri telefonla əlaqə yaratdı və bildirdi ki, övladınız yaralanıb. Sonradan özü ilə danışanda bizə dedi ki, noyabr ayınını 3-də yanına qəlpəli mərmi düşüb və nəticədə yaralanıb. Noyabrın 4-də isə “Papanin”ə(Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) gətirilib. 2-3 dəfə özünün istəyi ilə telefonda danışmışıq. Ancaq onun istəyi ilə görüş mümkündür. Bir dəfə görüşmüşük. Bu gün bibisi də onunla görüşəcək. Klinikanın həkimləri bildirirlər ki, Bəhmanın müvafiq sənədləri xarici ölkələrdən birinə göndərilib. Müalicəsi üçün ya xaricdən mütəxəssis gələcək, ya da Bəhman xaricə göndəriləcək”.
N. Musayev bildirib ki, Bəhman 2001-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib: “2019-cu il oktyabr ayının 7-də hərbi xidmətə yollanıb. Döyüşlər başlayan andan Suqovuşanda və digər ərazilərdə aktiv iştirak edib”.
Qeyd edək ki, hazırda da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan B. Musayevin hər iki gözü görmə qabiliyyətini itirib.
Qazi Bəhmən Musayevin atası Natiq Musayevin əlaqə telefonu 051 744 58 92​

 

DİGƏR XƏBƏRLƏR

Top