Yaponiyada fövqəladə vəziyyət elan edildi


Yaponiya hökuməti ölkədə koronavirusun artması səbəbilə fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, fövqəladə vəziyyətin sabahdan qüvvəyə minərək 7 fevrala qədər davam edəcəyi bildirilib. Tokyo və Saitama, Kanagava və Çiba bölgələrini aid edilən yeni qərar ölkə əhalisinin təxminən 30 faizini əhatə edəcək. 
Qeyd edə ki, Yaponiyada son sutkada 4 min 357 nəfər koronavirusa yoluxub, 64 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə, ölənlərin ümumi sayı 3 min 719-a, yoluxanların sayı isə 252 min 317-yə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top