ABŞ Konqresinə hücum edən Tramp tərəfdarlarına polisin atəş açdığı görüntülər yayımlanıb.
Yeniavaz.com “lenta.ru”ya istinadla xəbər verir ki, yayımlanan yeni görüntülərdə bir qrup etirazçının Konqres qapısını qırıb içəri daxil olmağa çalışdığı görülür. Qapının digər tərəfində olan mühafizəçilərdən biri həmin şəxslərə atəş açır. Bu vaxt ön sırada olan etirazçı qadın güllələnir. Həmin anlar təhlükəsizlik kameraları ətərəfindən qeyd edilib.
Xatırladaq ki, ABŞ-dakı etirazlar zamanı 4 nəfər dünyasını dəyişib, 52 nəfər isə saxlanılıb.