
Ümumdünya Səhiyyə Təşkilatı 22 Avropa ölkəsində mutasiya olmuş yeni növ koronavirus tapıldığını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Ofisinin direktoru Hans Kluge sosial “facebook”da yayımlanan brifinq zamanı deyib. O bildirib ki, mutasiya olmuş virus daha sürətlə yayılır:
“Bütün viruslar kimi, COVID-19 da zaman keçdikcə dəyişdi. Koronavirusun yeni variantları ilə bağlı narahatlıqları başa düşürəm. ÜST Avropanın 22 ölkəsində mutasiyaya uğramış koronavirus tapıb. Virusun səbəb olduğu xəstəlik isə demək olar ki, dəyişməyib”.