Rusiyalı general: “Ən çətin tapşırıq idi, Putinin səfərini heç kəsə deyə bilməzdik...”


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bu günə qədər həyata keçirdiklərin ən çətin tapşırıq barədə danışıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki Gerasimov, Vladimir Putinin keçən ilin yanvar ayında Suriyaya səfərini həll edilmiş, gizli saxlanılan ən çətin tapşırıq adlandırıb:
“Bütün çətinlik onda idi ki, heç kəsə xəbər vermək mümkün deyildi. Səfərin mahiyyətini açıqlamadan prezidentin təhlükəsizliyini təmin etməli idik. Bütün bunları gizli saxlaya bildik və eyni zamanda, bütün tədbirlərin həyata keçirilməsini yerinə yetirdik. Bu günə qədər həyata keçirdiyimiz ən çətin vəzifə bu idi”.

DİGƏR XƏBƏRLƏR

Top