Şuşanın baş planının hazırlanmasına başlanılıb - RƏSMİ


"Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır".
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir", - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top