SOCAR “Aİ-95” markalı benzini ölkəyə neçəyə gətirir və YDM-də neçəyə satır? – Arada böyük fərq var…


Yola saldığımız 2020-ci ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 70 min 958,13 ton “Aİ-95” markalı benzin gətirilib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə xaricdən gətirilən  “Aİ-95” markalı benzinin miqdarı artıb. Belə ki, 2019-cu ildə Azərbaycana 53 min 796,52 ton  “Aİ-95” markalı benzin idxal edilib.
Məlumat üçün qeyd edək ki, yanacaqdoldurma məntəqələrində (YDM) 1 litri 1,25 manata satılan “Aİ-95” markalı benzinin gömrük dəyəri ötən ilin ilk 10 ayı ərzində 77 qəpik (45 sent) olub.
Rəqəmlərdən də göründüyü kimi “Aİ-95” markalı benzin ölkəyə daxil olduqdan sonra onun hər litrinin üzərinə 48 qəpik (62%) əlavə olunaraq pərakəndə satış məntəqələrində satılır.

DİGƏR XƏBƏRLƏR

Top