Sumqayıtda jurnalistin avtomobili qarət edilib - FOTOLAR


Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı jurnalist İlham Məmmədzadə özünün “Facebook” hesabında paylaşıb.
Bildirilib ki, hadisə ötən gecə Sumqayıtda, 36-cı məhəllə ünvanında qeydə alınıb. Jurnalistin avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib.
Avtomobilin sol qabaq hissəsinin şüşəsi sındırılıb.
İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini də qeyd edib.
DİN-dən bildirilib ki, hadisə artıq araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top