Vətən müharibəsi qazisi intihar edib - Prezident onu mükafatlandırmışdı


İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev Bakıda müalicə aldığı hərbi hospitalda intihar edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.

Məlumata görə, Vüsal Musayev hospitalın hamamında özünü asıb.

Doğmalarının sözlərinə görə, 1 gün axşama kimi  düşmən mühasirəsində qalan Vüsal Musayev ciddi sarsıntılar keçirib:

“Onun intihar edəcəyi ilə bağlı narahatlıq var idi. Bunu hospital rəisinə və həkimlərə demişdik. Bildirmişdilər ki, özünə qəsd etməsi üçün imkan yoxdur. Yaralı olmaqla yanaşı, həm də əsəb pozğunluğu yaranmışdı. Deyirdi ki, yaşamaq istəmir”. 

Məlumata görə, döyüşlərdə kəllə-beyin travması almışdı. Heç kəsi xatırlamırdı.
Şəhidimizin 2 azyaşlı körpəsi var.

Qeyd edək ki, Vüsal Musayev Prezident tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Allah rəhmət etsin.

DİGƏR XƏBƏRLƏR

Top