Təhsil Nazirliyi onun loqosundan istifadə edənlərlə bağlı açıqlama verdi


Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir.

Yeniavaz.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bu hal ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır:

"Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək".

DİGƏR XƏBƏRLƏR

Top