Ərdoğandan Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün QƏRAR


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin reallaşdırılması üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi Qəzeti”ndə məlumat verilib.
Razılaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Razılaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top