“Azərbaycan mövqelərini irəli çəkir” - Vitali Balasanyan


Azərbaycanın Silahlı Qüvvələri mövqelərini Dağlıq Qarabağın içərilərinə doğru çəkir. 
Yeniavaz.com
xəbər verir ki, bunu Qarabağdakı sepatratçı rejimin qondarma “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan “RİA Novosti”yə bildirib.
Balasanyan deyib ki, Azərbaycan tərəfi Ağdam, Əsgəran, Xankəndi və Qırmızı Bazar istiqamətində mövqelərini irəli çəkməyə çalışır: “10 noyabr tarixindən etibarən sabit təmas xətti qorunmur. Qeydə alınan pozuntular barədə Rusiya sülhməramlı kontingentini məlumatlandırırıq. Qaldırılan məsələlər qismən həll olunur”.

DİGƏR XƏBƏRLƏR

Top