Kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapıb.
Yeniavaz.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə məsələni dərhal nəzarətə götürüb.
12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Müvafiq tədbirlər görülür.