Dövlət Neft Şirkətinə (SOCAR) bağlı olan 3 qurumun dövlət büdcəsinə ümumilikdə 1 milyon 630 min 812 manat 79 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, SOCAR-a bağlı olan qurumlar arasında ən çox borcu olan Ekologiya İdarəsidir. Bu idarənin vergi borcu 1 milyon 518 min 317 manat 50 qəpik olub.
Qeyd edək ki, son 6 ay ərzində Ekologiya İdarəsinin dövlət büdcəsinə olan vergi borcu 27 min 241 manat 24 qəpik artıb.
Bundan başqa SOCAR-a bağlı müəssisələrdən “SOCAR-Rodan” MMC-nin 92 min 415 manat 1 qəpik, “SOCAR Dalğıc” MMC-nin isə 20 min 80 manat 28 qəpik vergi borcu var. Son 6 ay ərzində “SOCAR-Rodan” MMC-nin vergi borcunda heç bir dəyişiklik olmayıb. “SOCAR Dalğıc” MMC-nin vergi borcu isə təxminən 5 dəfə azalıb.