Çin ÜST-ün mütəxəssislərinə viza verilməməsinin səbəbini açıqlayıb


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin, ÜST mütəxəssislərinin ökəyə buraxılmamasının səbəbini açıqlayıb.
Yeniavaz.com
“tass”a istinadən xəbər verir ki, sözçü bunun rəsmi prosedurların xüsusiyyətləri ilə əlaqəli olduğunu deyib.
Diplomatın sözlərinə görə, ÇXR rəhbərliyi müvafiq məsələləri həll etmək üçün təşkilatla davamlı əlaqə saxladıqlarını bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü, ÜST mütəxəssislərinin əvvəllər pandemiyanın səbəblərini müəyyənləşdirmək üçün Çinə bir neçə dəfə gəldiyini və hər dəfə Pekinin onlara fəal dəstək göstərdiyini də xatırladıb.
Qeyd edək ki, 5 yanvarda ÜST rəhbəri Tedros Adanom Qebreyesus, Çin səlahiyyətlilərinin koronavirusun mənşəyini aydınlaşdırmağa gedən beynəlxalq mütəxəssis qrupunun gəlməsinə icazə verilmədiyini bildirərək, bundan son dərəcə məyus olduqlarını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top