Corciyadakı seçkilərdə ilkin nəticə açıqlanıb


Corciyada, ABŞ senatında səs çoxluğunu və iki senatoru müəyyən edəcək səsvermə prosesi ötən axşam sona çatıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda respublikaçı senatorlar David Perdue və Kelli Loefflerə qarşı güclü mübarizə aparan “Demokrat” partiyasından namizədlər Yan Ossoff və Rapheyl Varnok seçiləcəyi halda ABŞ senatında oturacaqların sayı bərabərləşəcək. Bu vəziyyətdə demokratlar senatda üstünlük əldə edəcəklər. Vitse-prezident Kamala Harrisin verəcəyi səs həlledici rol oynayaraq, demokratlara üstünlük gətirəcək.
Bu seçkidə ABŞ prezidenti Tramp cümhuriyyətçi namizədlərə, Co Bayden də demokratçı namizədlərə açıq şəkildə dəstək verib.
Rəsmilər, Trampın, prezident seçkilərinin nəticələrini tənqid edərək təzyiq göstərməyə çalışdığı Corciya ştatında keçirilmiş senator seçkilərinin rəsmi nəticələrinin açıqlanması üçün bir neçə gün barədə xəbərdarlıq edib. Onlar sayların hesablanmasının dəqiqliklə həyata keçirdikləni qeyd ediblər.
Qeyd edək ki, ilkin nəticələrinə görə Purdue Ossoff 0,4 faiz, Varnok Loeffler 0, 4 faiz səslə qabaqda olduqları göstərilir. Sayılan səslərin miqdarı hələ verilən səslərin yalnız 67 faizini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top