ÜST: Dünyada sutkada koronavirusa yoluxanların sayı 541 mindən çox artıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 541 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 541 811 nəfər yeni koronavirusa yoluxub, 8 696 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 84 474 195, ölənlərin isə 1 848 704 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 20 470 169 nəfər. Siyahıda daha sonra Hindistan (10 356 844), Braziliya (7 733 746), Rusiya (3 284 384), Fransa (2 615 185), Böyük Britaniya (2 713 567), İtaliya (2 166 244), İspaniya (1 893 502), Almaniya (1 787 410), Kolumbiya (1 675 820), Argentina (1 640 718), və Meksika (1 448 755) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.//Trend

DİGƏR XƏBƏRLƏR

Top