Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib


Bu gün Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, iclasda fondun fəaliyyət istiqamətinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Müşahidə Şurasının üzvlərindən bu istiqamətdə 2 həftə ərzində təkliflərini təqdim etmələri istənilib.
 
Növbəti iki həftə ərzində Prezident Administrasiyası tərəfindən Fondun nizamnaməsinin layihəsi hazırlanacaq. Nizamnamə qəbul edildikdən sonra konkret istiqamətlər üzrə görüləcək işlər bir daha müzakirə olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 yanvar tarixli fərmanına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi yaradılıb.
Eyni zamanda dövlət başçısının 4 yanvar tarixli sərəncamına əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri aşağıdakılardır:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.
 

DİGƏR XƏBƏRLƏR

Top