Hakob Arşakyan: "İnsanlar evlərini boşaltdılar, bir azərbaycanlı general gəldi..."


"Şurnux kəndinin sakinləri artıq 12 evi tərk edərək Azərbaycana təhvil veriblər". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Şurnux kəndinin icma rəhbəri Hakob Arşakyan deyib.
“Artıq gəliblər, sərhədçilərimiz buradadır. Və mən aşağı enirəm. Bir azərbaycanlı general da var, harada dayanacaqları haqqında qərar verməlidirlər”, - deyə o bildirib.
Onun sözlərinə görə, evsiz qalan ailələrin əksəriyyəti kənddəki boş evlərdə məskunlaşdılar, bir neçə ailə Gorusa, biri isə Qafana köçdü. 
Qeyd edək ki, ötən gün Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndində 12 ev Ordmuzun nəzarətinə keçərək, Azərbaycan bayrağı dalğalanıb.

DİGƏR XƏBƏRLƏR

Top